Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib
09
okt
2026
10:58
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanovu ipponla məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycanın səkkiz təmsilçisi yarımfinala vəsiqə qazanıb. Azərbaycan Boks Federasiy...