"Qalatasaray" Mertenslə bağlı qərar verdi

Qalatasaray Mertenslə bağlı qərar verdi
İdman 2

"Qalatasaray" futbolçusu Dris Mertenslə bağlı qərar verib.

BAKU.WS Türkiyə medasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunu komandada saxlayacaq.

2 aydan sonra 37 yaşı tamam olacaq belçikalı ulduza 1 il daha klubda qalmaq təklif ediləcək.

Əvvəllər müqaviləsi bitdikdən sonra təqaüdə çıxmağı və meydança ilə vidalaşmağı düşünən Mertensin bu təklifə necə yanaşacağı sual altındadır.

Ailəsi ilə İstanbulda və "Qalatasaray"da çox xoşbəxt olduğunu bildirən Mertens ara fasilədə Səudiyyə Ərəbistanından edilən təklifi qəbul etməyib.

Qeyd edək ki, Mertens "Napoli"dən "Qalatasaray"a gələrkən 1+1 illik müqavilə imzalayıb.

Son xəbərlər