Maradonadan sonra “Napoli” ilk dəfə çempion oldu - VİDEO

“Napoli” futbol klubu 1990-cı ildən sonra yenidən İtaliya A seriyasının qalibi olub.
A seriyasının 33-cu turunda “Napoli” səfərdə “Udineze”nin qonağı olub və matç 1:1 hesabı ilə sona çatıb.
İlk hissədə hesabı “Udineze”nin futbolçusu Sendi Lovriç açıb. Fasilədən 7 dəqiqə sonra Viktor Osimen hesabı bərabərləşdirib.
Bu, Luçano Spalettinin yetirmələrinə sona beş tur qalmış turnirin qalibi olmaq imkanı verib. Belə ki, xallarının sayını 80-ə çatdıran klub ikinci pillədə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Beləliklə də “Napoli” A seriyasının sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
“Napoli” ümumilikdə üçüncü dəfə “Skudetto”nun sahibi olub.
The moment Napoli conquered Italy 🥺
— B/R Football (@brfootball) May 4, 2023
(via @btsportfootball) pic.twitter.com/aN0wPPmeNi
Napoli’s away fans have entered the pitch after securing The Serie A title pic.twitter.com/pMegIrNu1q
— Fútbol (@El_Futbolesque) May 4, 2023

Oxşar xəbərlər
De Yonq qalib gəlsə də, sevinmədi - VİDEO
UEFA Çempionlar Liqasının VI turunda səfərdə "İnter"i məğlub edən "Barselona"nın yarımüdafiəçisi Frenk de Yonq bunu heç də sevinclə qarşılamayıb BAKU.WS "Eurosp...