Səudiyyəlilər Mertensə elçi düşdü: Futbolçu 10 milyon avro tələb edir

28
avq
2023
16:53
"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertensə Səudiyyə Ərəbistanından elçi düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəlilər əvvəllər də "sarı-qırmızılılar"ın qapısını döysələr də, futbolçu getməkdən imtina edib.
Bu dəfə Mertensin maaş gözləntisinin ildə ən azı 10 milyon avro olduğu öyrənilib.
36 yaşlı futbolçu bu məvacibdən aşağı qiymətə komandadan ayrılmağı planlaşdırmır.
Qeyd edək ki, Dris Mertens "Qalatasaray"ın heyətində 40 oyuna çıxıb. Təcrübəli futbolçu bu matçlarda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər
Mertens "Qalatasaray"ın tarixinə düşdü: George Hacini geridə qoydu - FOTO/VİDEO
"Qalatasaray" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Jalgiris"i 1:0 hesabı ilə məğlub edib. BAKU.WS xəbər verir ki, umumilikdə 3-2...