"Qalatasaray"ın yeni transferi bu gün İstanbula gəlir
18
avq
2026
10:02
Moskvanın "Lokomotiv" klubunun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakovun bu gün İstanbula gedəcəyi gözlənilir.
BAKU.WS "Çempionat.com"a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu "Qalatasaray"a keçidini rəsmiləşdirmək üçün Türkiyəyə yollanacaq.
Batrakovun transferi ilə bağlı yaxın zamanda rəsmi açıqlamanın veriləcəyi gözlənilir. "Qalatasaray" Batrakova görə, 25 milyon avro ödəyəcək. Daha 4 milyonun isə bonuslar şəklində Moskva klubunun xəzinəsinə daxil olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib
"Neftçi" Azərbaycan Basketbol Liqasının II turunda "Ordu"nu məğlub edib. BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 83:79 hesablı...