"Qalatasaray" ilin "transfer bombası"nı partlatmağa çox yaxındır
Transfer pəncərəsinin son günündə Uğurcan Çakır və İlkay Gündoğanı transfer edən "Qalatasaray" daha bir addım atıb. Klubun yeni hədəfi Hakan Çalhanoğludur.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu dəfələrlə "Qalatasaray"da oynamaq istədiyini bildirib.
Məlumata görə, hazırda "Sarı-qırmızılar" rəhbərliyi bu transferi reallaşdırmaq üçün əlindən gələni edir.
Hakan İtaliya klubu olan "İnter" rəhbərliyinə "İndi Qalatasarayda oynamaq istəyirəm. Bura transfer haqqı olmadan gəldim, mənim işimi asanlaşdıracağınızı gözləyirəm" deyib.
Bildirilib ki, "İnter"ə 5 milyon avro kredit və 10 milyon avro məcburi alış təklif olunub. Bu arada Çempionlar Liqası üçün heyətlər UEFA-ya təqdim olunub. Bununla belə, Hakan Çempionlar Liqasında mövsümün ilk yarısında kənarda qalmağa belə razıdır.
Oxşar xəbərlər
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yar...