"Qalatasaray" Aleksey Batrakovun transferi ilə bağlı AÇIQLAMA YAYDI
"Qalatasaray" Moskva "Lokomotiv"ində çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transferi üçün rəsmi danışıqlara başladığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, İstanbul klubunun mətbuat xidməti Batrakov və onun klubu ilə transfer məsələsi üzrə danışıqların başladığını təsdiqləyib.
Türkiyə mətbuatının yazdığına görə, 20 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Qalatasaray"la müqavilə imzalayacaq.
Batrakovun transferi üçün "Qalatasaray"ın 25 milyon avro ödəyəcəyi, müqavilədə əlavə 4 milyon avro bonusun da nəzərdə tutulduğu bildirilir. Rusiyalı futbolçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki,"Lokomotiv"in yetirməsi olan Batrakov Moskva klubunun əsas komandasında 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza
Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb...