"Qalatasaray" afrikalı futbolçuya görə 60 milyon avro xərcləyə bilər
"Qalatasaray" qış transfer pəncərəsində Usman Diomandeni heyətinə cəlb edə bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sportinq" kotdivuarlı oyunçu üçün ən azı 60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Hazırda futbolçunun sərbəst qalma məbləği 80 milyon avro olaraq müəyyən edilib.
Bildirilib ki, Diomande ötən yay transfer pəncərəsində 55 milyon avro qarşılığında "Kristal Palas"a transfer olunmaq üzrə idi, lakin müqavilə son anda baş tutmayıb.
Qeyd edək ki, gənc müdafiəçinin "Sportinq"lə 2027-ci ilin yayına qədər müqaviləsi var.
"Sportinq"də 109 oyun keçirən Diomande 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
AFFA daha iki baş məşqçini 4 oyunluq diskvalifikasiya edib
AFFA U-14 Liqasında çıxış edən "Xudat City" və U-13 Liqası təmsilçisi "Şəmkir"in baş məşqçilərini 4 oyunluq diskvalifikasiya olunub. BAKU.WS xəbər verir ki, bu...