Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start verilib
19
apr
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Gəncə" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gəlib.
Bürünc medal uğrunda ilk görüşdə ikincilər 3:1 hesablı qələbəyə seviniblər.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək.
Qeyd edək ki, üçüncü yeri tutacaq komanda iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarsa, qızıl set oynanılacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
"Qarabağ" futbolçuları Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"la oyuna məsuliyyətlə yanaşıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdam təm...