"PSJ" öz meydanında "Bavariya"nı məğlub edib
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
BAKU.WS xəbər verir ki, raundun ilk matçında "PSJ" Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edib.
İsveçrəli baş hakim Sandro Şererin idarə etdiyi qarşılaşma "Park de Prens" stadionunda baş tutub. Oyunda ilk qolu almanlar vursa da, qarşılaşma fransızların qələbəsi ilə yekunlaşıb - 4-5.
Paris klubunun heyətində Xviça Kvaratsxeliya (dubl), Xuan Neves, Usman Dembele (dubl), Almaniya klubunda isə Harri Keyn, Maykl Olise, Dayo Upamekano və Luis Fernando Dias fərqləniblər.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Türkiyə millisi dünya çempionatları tarixində 52 illik antirekordu təkrarladı
Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Avstraliyaya 0:2 hesabı ilə məğlub olaraq turnirin tarixinə düşən antirekorda imza atıb. BAKU.W...