PSJ-nin atdan yıxılan qapıçısı karyerasını bitirə bilər

PSJ-nin atdan yıxılan qapıçısı karyerasını bitirə bilər
İdman 62

PSJ-nin qapıçısı Serxio Riko karyerasını bitirə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "The Atletic"in məlumatında bildirilir.

Buna səbəb 29 yaşlı ispaniyalı futbolçunun atdan yıxılaraq başından ciddi xəsarət almasıdır.

20 kq çəki itirən qolkiperin son günlərə qədər danışmadığı bildirilib.

Xatırladaq ki, Riko mayın 28-də atdan yıxılaraq ciddi zədə alıb. Ona beyin qanaması diaqnozu qoyulub. Qapıçı 19 gün komada olub, iyulun 4-də reanimasiyadan adi palataya köçürülüb.

Qeyd edək ki, PSJ Serxio Rikonu 2019-cu ilin yayında "Sevilya"dan transfer edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər