“İnegölspor” prezidenti: “Biz Ramosdan daha böyüyük, adının bizimlə çəkilməsi ona dəyər qatdı”
Yeniliklərdən dərhal xəbərdar olun
"Adının bizimlə anılması Ramosa əlavə dəyər qatdı".
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin ikinci liqasında çıxış edən “İnegölspor” klubunun prezidenti Osman Sevim dünyaca məşhur ispan futbolçu Serxio Ramosla bağlı transfer iddialarına cavab verərkən deyib.
Məlumata görə, PSJ ilə müqaviləsi başa çatan 37 yaşlı Serxio Ramos azad agent statusu alıb.
Təcrübəli müdafiəçinin adı Türkiyənin 2-ci Liqa təmsilçisi “İnegölspor” ilə anılıb. Sözügedən iddiadan sonra əcnəbi oyunçuların oynaması qadağan edilən “İnegölspor” başqanı bu açıqlamanı verib:
“Dünya şöhrətli futbolçu Serxio Ramosun “İnegölspor”la birlikdə anılması bizi həqiqətən də şərəfləndirdi. Ancaq bütün Türkiyə kimi biz də belə bir şeyin mümkün olmadığını bilirik. “İnegölspor” böyük klubdur, Türkiyənin hər yerində futbolçu yetişdirmiş klubdur. Bütün Türkiyənin tanıdığı “İnegölspor”un adının dünyada da hallanması bizi həqiqətən qürurlandırır. Düşünürəm ki, “İnegölspor”un adının Serxio Ramosla çəkilməsi bizim qədər Serxio Ramosa da güc qatıb. Biz Serxio Ramosdan böyük klubuq. Serxio Ramosdan daha böyük adımız var”.
Oxşar xəbərlər
Messidən sonra daha bir ulduz futbolçu PSJ-dən gedəcəyini açıqladı - FOTO
Fransa Liqa 1 komandalarından olan PSJ-də çıxış edən 37 yaşlı ispan müdafiəçi Serxio Ramos da klubdan ayrılır. BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbək...