Ramos PSJ-də ilk qolunu vurdu - VİDEO

Fransa Liqasının lideri "Pari-Sen-Jermen" 22-ci tur çərçivəsində Reyms"ə 4:0 hesabı ilə qalib gəlib.
BAKU.WS-in məlumatına görə, matçın ilk yarısı 44-cü dəqiqədə Marko Verrattinin qolu ilə parislilərin üstünlüyü ilə yekunlaşıb. Xallarını 53-ə yüksəldən PSJ-yə qələbə qazandıran qollardan birini 62-ci dəqiqədə Serxio Ramos vurub. Mövsümün əvvəlində "Real Madrid"dən PSJ-yə transfer olan ulduz futbolçu Serxio Ramos yeni klubunda ilk qolunu vurub.
PSJ 67-ci dəqiqədə Faesin avtoqolu ilə fərqi 3-ə çatdırıb. Oyunda sonuncu qolu 75-ci dəqiqədə Mbappenin ötürməsi ilə qola çevirən Pereyra vuraraq PSJ-ni 4-0 önə keçirib.
Qarşılaşmada 4-0 hesabı ilə qalib gələn PSJ 53 xal toplayıb və "Nitsa"nı 9 xal qabaqlayaraq liderliyini davam etdirib.
Oxşar xəbərlər
Çempionlar Liqasının ilk 1/4 finalçıları müəyyənləşdi (VİDEO)
Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə ilk 2 vəsiqənin sahibi müəyyənləşib. Bunlar İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubları...
