Prezidenti İslamiadada boks yarışlarının qaliblərini mükafatlandırıb - FOTO

Prezidenti İslamiadada boks yarışlarının qaliblərini mükafatlandırıb - FOTO
İdman 2007
 

IV İslam Həmrəyliyi Oyunlarının "Baku Crystal Hall”da keçirilən boks yarışları bu gün başa çatıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımız Cavid Çələbiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər