Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının FİNALINDA

İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı parlaq nəticə göstərib.
BAKU.WS Azərbaycan Kunq-Fu Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə milli komandamızın üzvü, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva "light sanda" kateqoriyasında final mərhələsinə yüksəlib.
Onun döyüşü tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.
Turnirin rəsmi açılışında çıxış edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə idmana göstərilən dövlət qayğısına diqqət çəkib. O, Prezident İlham Əliyevin idmana verdiyi dəyər və dəstəyin Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğur qazanmalarında mühüm rol oynadığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Zaur Axundov: "Araz-Naxçıvan"ın Azərbaycanı ilk dəfə Avropada təmsil etməsi qürurvericidir
Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurvericidir. Bu barədə "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Futbol Federasi...
