Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəlib
03
mar
2025
21:43
"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
"Report"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
Oxşar xəbərlər
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 01.08.2026
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı vinger Kristian Nvaçukvunu transfer edib....