Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni məğlub edib
Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
BAKU.WS xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.
Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib.
Ağdam klubunda 27-ci dəqiqədə Bədavo Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb.
Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.
Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.
Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.
Oxşar xəbərlər
Qurban Qurbanovun "Qarabağ"ın futbolçusunun ölkəsindən təklif aldığını təsdiqləyib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Braziliya klubundan futbolçu Pedro Bikalyo üçün təklif gəldiyini söyləyib. BAKU.WS report-a istinadən xəbər verir ki, b...