Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib

19
apr
2025
22:09
Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40-p.) və Nəriman Axundzadə (41) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.
Oxşar xəbərlər
Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib. BAKU.WS xəbər verir ki...
