Premyer Liqa: "Neftçi" səfərdə "Zirə" ilə heç-heçə edib

Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir.
Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.
Oxşar xəbərlər
III MDB Oyunları: Azərbaycanın üç karateçisi qızıl, biri gümüş, dördü isə bürünc medallar qazandılar
Bu gün Mingəçevir "Kür" Olimpiya Kompleksində III MDB Oyunlarının karate yarışları keçirilib. Azərbaycan idmançıları bir neçə medal qazanıblar. Qadınlar arasınd...
