Premyer Liqa: "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib
06
apr
2025
19:44
Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib.
"Bank Respublika Arena"da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
"Bayquşlar" 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.
Qeyd edək ki, turun açılış qarşılaşamasında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
Oxşar xəbərlər
"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb
"Sumqayıt" heyətinə yeni basketbolçu cəlb edib. Bu barədə BAKU.WS-ə "gənclik şəhəri" təmsilçisindən məlumat verilib. Komanda müdafiəçi mövqeyində çıxış edən Elş...