Pele yenidən xəstəxanaya yerləşdirildi

Pele yenidən xəstəxanaya yerləşdirildi
İdman 158

Braziliyalı keçmiş futbolçu Pele kimya terapiyası keçmək üçün xəstəxanaya yerləşdirilib.

BAKU.WS "Report"a istinadən məlumatına görə, 82 yaşlı sabiq hücumçu bu məqsədlə San-Pauludakı Albert Eynşteyn xəstəxanasına yollanıb. Söhbət planlı müalicədən gedir. Müayinədə məqsəd veteran oyunçunun onkoloji vəziyyəti barədə informasiya almaqdan ibarətdir.

2021-ci ilin sentyabrında Pele şişin götürülməsi üçün əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə keçməkdən ötrü planlı şəkildə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970) dünya çempionudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər