Paris-2024: Raman Saley finala vəsiqə qazanıb
07
sen
2024
13:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib.
O, finişə 58.16 saniyəyə çatıb.
Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...