Öldüyü elan edilən futbolçu morqda DİRİLDİ
12
avq
2026
17:09
Nigeriyada 28 yaşlı futbolçu Çinedu Ozor öldüyü elan edildikdən sonra morqda əlini tərpədib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Katsina United"in futbolçusu "Niger Tornadoes"la hazırlıq matçında huşunu itirərək yerə yıxılıb. Xəstəxanada onun öldüyü açıqlanıb və futbolçunun cəsədi morqa aparılıb.
Lakin yarılma hazırlığı zamanı Ozorun həyat əlamətləri göstərdiyi aşkarlanıb. O, dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda futbolçu oksigen dəstəyinə qoşulub və vəziyyəti ağır olaraq qalır. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Qalereya
Oxşar xəbərlər
"Dinamo"nun futbolçusu Matvey Ponomarenko: "Qarabağ"la oyuna çox ciddi hazırlaşmışıq"
"Dinamo" "Qarabağ"la oyuna çox ciddi hazırlaşıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Dinamo"nun (Kiyev, Ukrayna) futbolçusu Matvey Ponomarenko UEFA...