"NIKOIL | BANK"ın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı olub (FOTO)

NIKOIL | BANKın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı olub (FOTO)
İdman 2395

 

"NIKOIL | BANK"ın əməkdaşı Həsən Quliyev 5-7 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bankdan BAKU.WS-ə verilən məlumata görə, çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edib. O, 85+ kq çəki kateqoriyasında mübarizə apararaq, Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə edib. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi olub.

Xatırladaq ki, H.Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, H.Quliyev karate-do üzrə 2-ci dan qara kəmər sahibidir.

"NİKOYL" İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır!

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər