İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldonu cəzalandırıb
İdman 159

İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldonu cəzalandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Qeyd edilib ki, buna portuqaliyalı forvardın "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Ronaldo fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştiano Ronaldo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər