Neymar “Barselona”ya görə PSJ ilə danışıqları dayandırdı

Neymar “Barselona”ya görə PSJ ilə danışıqları dayandırdı
İdman 189

PSJ-nin hücumçusu Neymar yenidən “Barselona”ya qayıda bilər.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Məlumata əsasən, braziliyalı oyunçu katalon klubunun onunla maraqlanmasının ardından hazırkı klubu ilə yeni müqavilə barədə aparılan danışıqları dayandırıb.

Neymarın bu qərarına “Barsa”nın hücumçusu Messi ilə şəxsi münasibəti səbəb olub.

Belə ki, Neymar və Messinin dost olması və PSJ-li futbolçunun yenidən argentinalı ilə birlikdə oynamaq arzusu heç kim üçün sirr deyil.

Yayılan xəbərlərə görə, “Barselona” rəbərliyi 100 milyon avro mübaqibilndə Neymarı almağı düşünür. Hücumçunun fransız klubu ilə müqaviləsi isə gələn ilin yayında bitir.

Son xəbərlər