"Neftçi" və "Araz-Naxçıvan" bu gün qarşılaşacaq

Neftçi və Araz-Naxçıvan bu gün qarşılaşacaq
İdman 70

Bu gün Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.

BAKU.WS xəbər verir ki, görüş saat 16:45-də "Neftçi Arena"da start götürəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Hazırda turnir cədvəlində "Neftçi" 31 xalla altıncı, "Araz-Naxçıvan" isə 47 xalla üçüncü pillədə qərarlaşıb.

Günün digər oyununda "Sumqayıt" doğma meydanda "Sabah"la üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək və görüşü Tural Qurbanov idarə edəcək. Turnir cədvəlində "Sumqayıt" 28 xalla yeddinci, "Sabah" isə 35 xalla beşinci yerdədir.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

16:45. "Neftçi" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

"Neftçi Arena"

19:00. "Sumqayıt" - "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.

Son xəbərlər