"Neftçi" - "Qarabağ" oyununda hesab açılıb

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
***20:11
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hazırda görüşdə hesab açılmayıb.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
***19:54
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı alaraq meydandan qovulub.
***19:30
"Qarabağ" Misli Premyer Liqasının XXIII turunda "Neftçi"yə qarşı keçirdiyi oyunda azlıqda qalıb.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
***19:01
Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
"Report"un məlumatına görə, "Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.
Görüşün baş hakimi Rəvan Həmzəzadədir.
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.
"Qarabağ": 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.
Qeyd edək ki, Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq baş məşqçisi: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"
Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir. Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin sabiq baş məşq...
