"Neftçi"nin yetirməsi "Xankəndi" klubuna keçib
14
noy
2024
16:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubunun yetirməsi olan Ziya Məmmədli karyerasını Region Liqasında mübarizə aparacaq "Xankəndi"də davam etdirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, 12 yaşından 19 yaşınadək "Neftçi"nin aşağı yaş qruplarında, əvəzedici heyətində çıxış edib və bu müddət ərzində dörd dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinmiş 22 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan" və "İmişli" klublarının da şərəfini qoruyub.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. BAKU.WS report-a istinadən xəbər ver...