"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirib

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.
Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...
