Naço "Real"ı tərk edəcək? - Karvaxal açıqladı

Naço Realı tərk edəcək? - Karvaxal açıqladı
İdman 25

"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal komandanın kapitanı, mərkəz müdafiəçisi Naço Fernandezin komandanı tərk etmə ehtimalına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Bundan sonra nə edəcəyini bilmirəm. Naçonun qərar vermək üçün hələ vaxtı var. Ümid edirəm ki, qalacaq, çünki o, bizim üçün çox önəmlidir", – Karvaxal deyib.

Qeyd edək ki, 34 yaşlı mərkəz müdafiəçisi Naço Fernandez "Real Madrid"in yetirməsidir və karyerası boyu "kral klubu"nda çıxış edib. Futbolçunun hazırkı müqaviləsi 2024-cü il iyunun 30-dək qüvvədədir.

Mətbuatda yayılan xəbərlərə görə, "Real Madrid" Naçoya bir mövsümlük yeni müqavilə təklif etsə də, hələlik tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər