Muslera: "Biz nə etməli olduğumuzu bilirik"
"Qalatasaray"ın kapitanı Fernando Muslera Çempionlar Liqasının qrup mərhələsində "Mançester Yunayted"ə qarşı keçiriləcək oyun öncəsi mətbuta açılamalar verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasının klublar arasında ən yaxşı turnir olduğunu deyib:
"Matçda nə etməli olduğumuzu bilirik. Çempionlar Liqasında oynayırıq. Klublar arasında ən yaxşı turnirdir. "Qalatasaray" da orada mübarizə aparır. Biz də hazır olmalıyıq". Təkcə "Qalatasaray"la yox, həm də milli komanda ilə dünya çempionatının seçmə mərhələsində oynayırıq. Meydanda keçirdiyin vaxtla təcrübə qazanırsan. Böyük ölkələrə, vacib komandalara qarşı oynayaraq inkişaf edirsən. İndi o təcrübəm var. Deyə bilərəm ki, karyeramla çox fəxr edirəm”.
Müqaviləsinin uzadılması ilə bağlı suala Fernando Muslera "Sabah matçım var. Bütün diqqətimi buna yönəltmişəm" cavabını verib.
Hər stadionun özünəməxsus ab-havası olduğunu bildirən Muslera sözlərini belə yekunlaşdırıb:
"Əgər əvvəllər burada olmamısınızsa, özünüz də baxıb müqayisə edə bilərsiniz. Həmişə deyirəm, azarkeşlərimiz meydandakı 12-ci adamdır”.
Oxşar xəbərlər
Maksim Medvedev: “Bəzən millinin oyununa baxanda televizoru beş dəqiqəlik söndürürəm” - MÜSAHİBƏ
“Bəzən “Qarabağ” da uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. Biri də var ki, meydana çıxırsan, amma futbol göstərmirsən. Mən də...