Mourinyo onu "Brighton"a göndərmək istəmir, Fərdi Kadıoğlu isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisi və "Fənərbağça"nın üzvü Fərdi Kadıoğlunun İngiltərə təmsilçisinə keçidi həll olmaq üzrədir.
Bu barədə "ajansspor" portalı yazıb.
24 yaşlı futbolçu bir müddətdir danışıqlar apardığı Premyer Liqa klubu "Brighton"la müqavilə müddəti və illik ödənişlə bağlı razılığa gəlib.
Bu arada "Fənər"in baş məşqçisi Joze Mourinyo futbolçunun klubda qalmasını istəyib. Bu məqsədlə klub prezientindən türk futbolçuya yeni təklif gəlsə də Fərdi buna müsbət cavab verməyib.
Fərdi Kadıoğlu karyerasını İngiltərədə davam etdirməkdə qərarlıdır. O, "Fənərbağça"dan "Brighton"un 35 milyon avroluq təklifini qəbul etməsini istəyir.
Oxşar xəbərlər
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!
Avropa nəhəngləri Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də Türkiyə millisində çıxış edən "Fənərbağça"nın ulduzu Ferdi Kadıoğlu ilə maraqlanır. BAKU.WS Türk...