Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!
İdman 2991

Avropa nəhəngləri Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də Türkiyə millisində çıxış edən "Fənərbağça"nın ulduzu Ferdi Kadıoğlu ilə maraqlanır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ferdi Kadıoğlu ilə maraqlanan Premyer Liqa nəhəngi "Arsenal", "Nyukasl Yunayted", "Borussia Dortmund" və "Napoli" kimi klublar arasında yer alıb.

Qeyd olunub ki, daha əvvəl Ferdi Kadıoğlu ilə maraqlanan "Arsenal"ın yenidən Ferdi üçün transfer cəhdlərinə başladığı iddia edilib.

Xəbərin təfərrüatında “Arsenal”ın müşahidəçilərinin AVRO-2024-də Türkiyə ilə Hollandiya arasında keçirilən 1/4 final matçında Ferdi Kadıoğlunu izlədiyi bildirilib.

“Bolonya”da çıxış edən italyan müdafiəçi Rikkardo Kalafiorini də “Arsenal”ın gündəmindədir. Klub həm Kalafiori, həm də Ferdi Kadıoğlunun transferlərinin ümumilikdə 70 milyon avroya başa gələcəyinə ümidlidir.

Oxşar xəbərlər

Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO

Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO

Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...

1 İdman 13:15 20 fevral 2024

Son xəbərlər