Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Rusiyanın Vladiqafqaz şəhərində 10-11 oktyabrda olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıblar.
15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.
Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.
Oxşar xəbərlər
Kubarsi: Yamal "Qızıl top" mükafatına layiqdir
"Barselona" klubunun müdafiəçisi Pau Kubarsi komanda yoldaşı Lamin Yamalın 2026-cı ildə "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib. BAKU.WS xəbər...