Millimizin dünya çempionu olması münasibətilə Bakıda şəhər turu keçirilib
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə şəhər turu keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər turunda mundialda mübarizə aparmış yığma üzvləri iştirak edirlər.
Marşrut Bakının tarixi və görməli yerlərindən keçir.
Bundan sonra konsert proqramının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalereya
Oxşar xəbərlər
ABŞ-də keçirilən DÇ-2026 futbolçular üçün vergi kabusuna çevrilib
2026-cı il futbol üzrə Dünya çempionatı təkcə meydandakı mübarizə ilə deyil, həm də ABŞ-nin sərt vergi qaydaları ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, tur...