Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

26
sen
2022
19:27
Azərbaycan yığmasının 4 futbolçusu UEFA Millətlər Liqasının C Divizionun 3-cü qrupunun rəmzi komandasına düşüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, "WhoScored" statistika saytının 6 turun nəticələrinə əsasən tərtib etdiyi siyahıda Emin Mahmudov, Ramil Şeydayev, Bəhlul Mustafazadə və Höccət Haqverdi yer alıb.
Ən yaxşı "11-lik"də Qazaxıstan 4, Slovakiya və Belarus isə hərəyə 1 futbolçu ilə təmsil olunub.
Qeyd edək ki, Azərbaycan millisi 3-cü qrupu 10 xalla 2-ci pillədə tamamlayıb.


Oxşar xəbərlər
Millimiz Qazaxıstanı darmadağın etdi - 3:0 - YENİLƏNİB
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. BAKU.WS xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liq...