Messi fransız dilini öyrənir

Messi fransız dilini öyrənir
İdman 120

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ailəsi ilə birlikdə fransız dilini öyrənməyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu addımı argentinalı hücumçunun PSJ-yə mümkün keçidi məsələsini gündəmə gətirib.

İddiaya görə, 34 yaşlı forvard Parisə köçəcəyi üçün bu dili öyrənir.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər