Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı
"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayında növbəti əlamətdar göstəriciyə imza atıb.
BAKU.WS xəbər verir ki, 39 yaşlı hücumçu MLS-in müntəzəm çempionatında "Monreal"la oyunda iki dəfə cərimə zərbəsindən fərqlənib. Qarşılaşma "İnter Mayami"nin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qollar Messinin karyerasında cərimə zərbəsindən vurduğu topların sayını 74-ə çatdırıb. Beləliklə, argentinalı futbolçu bu göstəricidə braziliyalı Jairlə ikinci pilləni bölüşür.
Siyahının zirvəsində isə 78 qolla braziliyalı Marselinyo Karioka yer alır. Roberto Dinamite 73 qolla dördüncü, Juninyo Pernambukano isə 72 qolla beşinci sıradadır.
Messi 2026 MLS mövsümündə də yüksək məhsuldarlığı ilə diqqət çəkir. O, keçirdiyi 23 matçda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Frank Riberi Harri Keynin "Qızıl top" qələbəsinə münasibət bildirdi
Fransa millisinin sabiq yarımmüdafiəçisi Frank Riberi 2026-cı ilin "Qızıl top" mükafatının qalibi olan Harri Keyni təbrik edib. BAKU.WS xəbər verir ki, Riberi t...