Messi Argentina millisində karyerasını bitirməsi ilə bağlı suala belə cavab verib
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 17-ci turunda Venesuela yığmasına qarşı keçirilən oyundan (3:0) sonra milli komandadakı karyerasını bitirmək barədə hələ qərar vermədiyini bildirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "TyC Sports"a açıqlamasında danışıb.
"Mən çoşğu ilə doluyam, həyəcanlıyam və səbirsizliklə davam etməyi gözləyirəm. Addım-addım irəliləyirik. Mən hələ qərar verməmişəm!", - deyə Messi bildirib.
Xatırladaq ki, 38 yaşlı Lionel Messi ötən həftə təsdiqləmişdi ki, Buenos-Ayresdə Venesuelaya qarşı oyun onun dünya çempionatının seçmə mərhələsindəki sonuncu ev matçı olacaq.
Argentina yığması isə artıq 2026-cı il dünya çempionatının seçmə mərhələsində Cənubi Amerika zonasında yekun birinci yeri təmin edib.
Oxşar xəbərlər
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, püşkatma mərasimi ABŞ-nin paytaxtı Vaşinqton...