Məşq zamanı vəziyyəti pisləşən Oskar xəstəxanaya yerləşdirildi
Braziliyanın "Sao Paulo" klubunda çıxış edən məşhur futbolçu Oskar məşq zamanı vəziyyəti pisləşərək xəstəxanaya aparılıb.
İngiltərənin Premyer Liqasında Çelsi komandasında göstərdiyi çıxışla futbolsevərlərin yaddaşına yazılan və sonradan uzun illər Çin Liqasında oynayan Oskar ötən ilin dekabr ayında Braziliyaya qayıtmışdı.
BAKU.WS xəbər verir ki, "Sao Paulo" ilə məşq zamanı bir anda vəziyyəti pisləşən 34 yaşlı futbolçunun ürək problemi yaşadığı və dərhal xəstəxanaya çatdırıldığı bildirilib.
Məlumata görə, Oskar hazırda xəstəxananın intensiv terapiya şöbəsində müalicə olunur, vəziyyətinin sabit olduğu və daha ətraflı testlərin aparılması üçün hospitalizasiya edildiyi qeyd edilir.
Braziliya mətbuatının "Globo" nəşrində yer alan xəbərlərdə bildirilir ki, Oskar yaşadığı ürək problemi səbəbindən karyerasına son qoymaq məcburiyyətində qala bilər.
Oxşar xəbərlər
Ronaldo qızını belə təbrik etdi
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo nişanlısı Corcina Rodriqezdən olan qızının nadir fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki, idmançı Alana Martin...