Məşhur idmançılar boşanmaq üçün ərizə verdilər
Serbiyalı keçmiş tennisçi, dünyanın bir nömrəsi olmuş Ana İvanoviç Almaniya yığması ilə 2014-cü ilin dünya çempionu olan Bastian Şvaynştaygerdən boşanma ərizəsi verib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Spiegel" nəşri yayıb.
Mənbənin məlumatına görə, 38 yaşlı İvanoviç Münhen məhkəməsinə müraciət edib və keçmiş həyat yoldaşından aliment tələb etməyi planlaşdırır.
Cütlüyün ayrılığı ilə bağlı ilk xəbərlər 2025-ci ilin aprelində yayılmışdı. Həmin vaxt "Spiegel" onların "Brax" geyim markası ilə olan reklam müqaviləsini də itirdiyini yazmışdı. Müqavilə 2027-ci ilə qədər nəzərdə tutulsa da, şərtlərdən biri onların cütlük statusunu qoruyub saxlaması idi.
İvanoviç və Şvaynştaygerin münasibətləri 2014-cü ildə başlayıb. Onlar 2016-cı ildə Venesiyada ailə qurublar. Cütlüyün üç oğlu var: Luka (2018), Leon (2019) və Teo (2023).
Ana İvanoviç 2016-cı ildə tennis karyerasını bitirib. O, "WTA" turunda ümumilikdə 15 titul qazanıb, o cümlədən 2008-ci ildə Fransanın Açıq Çempionatının qalibi olub.
41 yaşlı Bastian Şvaynştayger isə karyerası ərzində "Bavariya" ilə səkkiz dəfə Almaniya çempionu, yeddi dəfə Almaniya kubokunun, iki dəfə ölkə Superkubokunun və Çempionlar Liqasının qalibi olub. Futbolçu karyerasını 2019-cu ildə başa vurub.
Oxşar xəbərlər
Ançelotti Neymarı Dünya çempionatına aparacaq?
33 yaşlı Neymar "Santos"a qayıtdıqdan sonra ard-arda zədələr, zəif oyun və qalmaqallarla gündəmdən düşmür. BAKU.WS xəbər verir ki, 2023-cü ildə PSJ-dən ayrılıb...