Məşhur boksçu avtomobil qəzasına düşdü, xəsarət aldı

Məşhur boksçu avtomobil qəzasına düşdü, xəsarət aldı
İdman 93

Rusiya-Avstraliya əsilli peşəkar boksçu Nikita Tszyu avtomobil qəzasına düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı idmançının təmsil etdiyi "No Limit Boxing" təşkilatının nümayəndəsi Tim Eşvort verib.

Onun yüngül bədən xəsarətləri aldığı bildirilib. Hadisə yolayrıcında baş verib.

"Nikitanı aparan avtomobil kəsişmədə başqa bir maşınla toqquşub. O, yüngül xəsarətlər alıb və hazırda ailəsi ilə birlikdə evdə bərpa prosesindədir",-deyə Tim Eşvort bildirib.

Hadisə nəticəsində Tszyunun 2025-ci ildə planlaşdırılan növbəti döyüşü sual altına düşüb.

Xatırladaq ki, 27 yaşlı Nikita Tszyu avqustun 20-də "WBO Intercontinental" titulunu qazanmışdı. O, bu uğura Avstraliyanın Sidney şəhərində keçirilən döyüşdə Şimali Makedoniya təmsilçisi Lulzim İsmaili üzərində qələbə qazanaraq nail olmuşdu. İsmaili ikinci raunda çıxmaqdan imtina etdiyindən döyüş erkən başa çatmışdı.

Gənc idmançı indiyədək keçirdiyi 11 döyüşün hamısında qalib gəlib və bütün qələbələrini nokautla qazanıb. Nikita, keçmiş dünya çempionu, birinci yarımorta çəki dərəcəsində mütləq titul sahibi Konstantin Tszyunun oğludur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib

"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib

Misli Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib. Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yek...

15 İdman 20:43 30 avqust 2026

Son xəbərlər