Mauro İkardiyə sürpriz təklif! - 15 milyon avro...
Növbəti mövsüm üçün iddialı heyət qurmağı hədəfləyən "Qalatasaray" səylərini davam etdirir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, transfer axtarışlarını davam etdirən İstanbul nəhəngində Mauro İkardi ilə bağlı yeniliklər baş verir.
Argentinalı hücumçu üçün "Qalatasaray"a sürpriz təklif gəlib.
Adı açıqlanmayan MLS klubunun "sarı-qırmızılılar"ın argentinalı hücumçusu ilə maraqlandığı və "tanqoçu"ya illik 15 milyon avroluq transfer təklif etdiyi bildirilir.
Daha əvvəl "Qalatasaray"da xoşbəxt olduğunu bildirən 31 yaşlı hücumçunun hələ də bu təklifə cavab vermədiyi deyilir.
Qeyd edək ki, İkardinin "Qalatasaray"la müqaviləsi 2026-cı il iyunun 30-na kimidir.
Oxşar xəbərlər
İkardi "Qalatasaray"la vidalaşa bilər! - İki ingilis klubu heyətinə qatmaq istəyir
İspaniya mətbuatı "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı mühüm iddia yayıb. BAKU.WS xəbər verir ki, İngiltərə Premyer Liqa nəhəngləri argentin...