Massimiliano Alleqri məşhur klubla danışıqlara başlayıb
17
okt
2019
12:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyalı mütəxəssis Massimiliano Alleqri və "Mançester Yunayted" rəhbərliyi əməkdaşlığın mümkünlüyü barədə danışıqlara başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "Tuttosport" portalı məlumat yayıb. Tərələr arasında razılıq əldə olunarsa, 52 yaşlı Alleqri tezliklə "Mançester Yunayted"in baş məşqçisi ola bilər. Hazırda klubun baş məşqçisi Ule Qunnar Sulşerdir. Onun rəhbərliyi altında komanda İngiltərə premyerliqasında 8 turdan sonra 9 xal toplayıb və 12-ci yeri tutur.
Oxşar xəbərlər
“Mançester Yunayted” Joze Mourinyoya 22,3 milyon avro ödəyib
İngiltərənin “Mançester Yunayted” klubu sabiq baş məşqçi Joze Mourinyonun istefası ilə əlaqədar ona və rəhbərlik etdiyi heyətə ümumilikdə 22,3 milyon avro təzmi...