"Mançester Yunayted" baş məşqçisi ilə yollarını ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin nəhəng klubu "Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə əməkdaşlığa son qoyub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qərarın bu gün səhər saatlarında verildiyi bildirilir.
Məlumata görə, klub rəhbərliyi mövcud vəziyyəti dəyərləndirdikdən sonra portuqaliyalı mütəxəssislə yolların ayrılmasını məqsədəuyğun hesab edib. Bu barədə etibarlı mənbələr məlumat yayıb.
Xatırladaq ki, Ruben Amorim "Mançester Yunayted"in baş məşqçisi postuna 2024-cü ilin noyabr ayında gətirilmişdi. Lakin onun rəhbərliyi altında komandanın gözlənilən nəticələri əldə edə bilməməsi ayrılıq qərarını qaçılmaz edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...