Makqreqor diskvalifikasiyadan sonra qayıdışını elan etdi
İki divizion üzrə sabiq UFC çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya olunduqdan sonra idmana qayıtdığını açıqlayıb.
BAKU.WS-in məlumatına görə, döyüşçü bu barədə "Instagram" hesabında paylaşım edib.
"Şayiələr doğrudur! Cənab Confident döyüşü xilas etmək üçün geri qayıdıb", – deyə o bildirib.
Qeyd edək ki, 37 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində 22 qələbə və 6 məğlubiyyətlə yadda qalıb. O, daha əvvəl iki çəki dərəcəsində UFC çempionu olub.
Məlumata görə, idmançı 2024-cü ildə üç dəfə dopinq testindən keçə bilməyib və bu səbəbdən qayda pozuntusuna görə 18 ay müddətinə diskvalifikasiya edilib. Onun cəzası 20 mart 2026-cı ilədək qüvvədə olub və bəzi yüngülləşdirici hallar nəzərə alınaraq standart müddətdən az təyin edilib.
Oxşar xəbərlər
"Qalatasaray"ın futbolçusu 105 gündən sonra azadlığa buraxılıb
Futbolda mərc və oyun alqı-satqısı ilə bağlı istintaq çərçivəsində həbs edilən Metehan Baltacı 105 gün sonra azadlığa buraxılıb. BAKU.Ws-in Hürriyet qəzetinə is...