Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı AÇIQLAMA
"Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.
"Nürnberq"dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: "Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək".
Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi "Haydenhaym", ikinci Bundesliqa təmsilçisi "Kauzerslauten" və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.
Oxşar xəbərlər
Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəli açıqlanıb
Azərbaycan idmançılarının 2026-cı il martın 1-nə olan reytinq cədvəli açıqlanıb. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Siyahıya yunan-roma güləşçi...