Mahir Emreli: "İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda qollarının davamının gələcəyinə və komandasına daha çox faydalı olacağına inanır.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında 29 yaşlı hücumçu bildirib.
O, UEFA Konfrans Liqasında Malta təmsilçisi "Valletta"ya qarşı keçirdikləri ilk matçda fərqlənməsindən danışıb:
"Qol vurduğuma görə çox şadam. Klubdakı ilk oyunumda fərqləndiyim üçün sevinirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır. Buna da nail olduq. İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm".
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rakuv" evdə "Valletta"nı 3:1 hesabı ilə məğlub edib. Mahir Emreli debüt etdiyi matçın 53-cü dəqiqəsində fərqlənməklə komandasının ilk qolunu vurub.
Oxşar xəbərlər
Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı
Türkiyə millisinin futbolçusu Arda Gülər "Real Madrid" klubu ilə müqaviləsinin müddətini uzadıb. BAKU.WS xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi məlumat...