Luka Modriç "Eyüpspor"da? - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul təmsilçisi "Eyüpspor"un "Real Madrid"in ulduz futbolçusu Luka Modriçə transfer təklifi etdiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə iddianı "fanatik" saytı yayıb.
Məlumata görə, klubun prezidenti Murat Özkaya 10 ildir "Real Madrid" forması geyinən Luka Modriçlə telefonla danışıb.
Xorvatiyalı futbolçunun indi gələn transfer təkliflərini dəyərləndirmədiyi bildirilib.
Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçinin "kral klubu" ilə müqaviləsi ilin sonunda başa çatır.
Xatırladaq ki, Modriç kapitanı olduğu Xorvatiya millisi ilə 2022-ci il dünya çempionatında üçüncü olub.
Oxşar xəbərlər
DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub. BAKU.WS xəbər verir ki, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz...